Azərbaycanda 32 yaşlı kişinin on (10) uşağı var.
BAKU.WS xəbər verir ki, səkkiz oğul və iki qızın böyüdüyü Hacıyevlər ailəsi Lerik rayonunun Rvarud kəndində yaşayır.
Kömək üçün ATV-nin "BizimləSən" proqramına müraciət edən ailənin evi yoxdur. On iki nəfərdən ibarət olan ailənin yaşadığı ev onlara aid deyil.
32 yaşlı on uşaq atası Səxavətin həyat yoldaşının 38 yaşı var.
Uşaqlardan altısı məktəblidir. Dördü hələ məktəb yaşına çatmayıb. Hacıyevlər ailəsinin sonbeşiyi iki həftəlikdir.