Xəbər lenti


 Azərbaycanda dəfələrlə ov edən və bununla bağlı sosial şəbəkələrdə video paylaşan qətərli şahzadələr bu dəfə yeni məkan kimi Pakistanı seçiblər. Lakin Bəlucistan əyaləti Təbii Yaşam Departamentinin şikayətindən sonra onlar saxlanılıblar.

 

 
Bununla bağlı hüquq-mühafizəçilərin verdiyi açıqlamada deyilir ki, Nuşki bölgəsində qanunsuz ov edən yeddi qətərli saxlanılıb.
 
Xəbəri “Dawn” agentliyi yayıb.
 
Bildirilir ki, saxlanılan qətərlilərdən dördü kral ailəsinin üzvüdür. 
 
Hüquq-mühafizə orqanının əməkdaşları saxlanılan şəxslərin polisdən gizlənmək üçün yerlilərə məxsus geyimlə hərəkət etdiklərini vurğulayıb.
 
Qeyd edək ki, Pakistan hökuməti körfəz ölkələri şahzadələrinə adambaşına 100 min dollar ödəmələri müqabilində 15 bölgədə 10 günlüyünə dovdaq ovlamaq icazəsi verilir. Ən çox 100 quş ovlama haqqı olan şahzadələr 10 gündən artıq qaldıqları müddətdə daha 100 min dollar ödəməlidirlər. Nəsli kəsilmə təhlükəsi ilə üzləşən quşların ovlanması üçün ərəb şahzadələrinə  verilən izn ölkədə narazılıqla qarşılanır.
 
Yeri gəlmişkən, bildirək ki, Qətər şahzadələri bir neçə dəfə dostları ilə birlikdə Azərbaycanda da olublar. Onlar Saatlı, İmişli, Zərdab, Cəlilabad, Horadiz kimi rayonlarda ovla məşğul olublar. Onarın Azərbaycandakı ov macəralarının görüntüləri mütəmadi olaraq sosial şəbəkələrdə paylaşılıb. (oxu.az)
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
04 İyun 2023 Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov