Qış fəslinin Azərbaycana gəlmə vaxtı məlum olub.

 

Bizimaz.az: BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından “oxu.az”a açıqlama verilib.
Bildirilib ki, ölkəmizə qış fəsli dekabrın 22-si saat 08:19-da qədəm qoyacaq.

Bu zaman Günəş üfüqdən ən minimum nöqtədə olur. Günəş şüalarının istiqaməti ilə yerin fırlanma oxu ən böyük bucaq əmələ gətirir.

Ona görə də bu fəsildə soyuqlar müşahidə olunur. Həmin gün ən uzun gecə, ən qısa gündüz qeydə alınır.