Bu il qış fəslinin Azərbaycana gəlmə vaxtı məlum olub.
Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) Axar.az-a bildirilib ki, bu barədə AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov məlumat verib. O qeyd edib ki, qış fəsli Azərbaycana dekabrın 22-si Bakı vaxtı ilə saat 08:19-da daxil olacaq.
Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirəcək və ya Günəş həmin an üfüqdən minimum hündürlükdə olacaq. Həmin gün ən qısa gündüz, ən uzun gecə qeydə alınacaq.