Xəbər lenti


Bu gün saat 12:00-a olan məlumata əsasən Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti 28- 36 m/s təşkil edir.

Ardını oxu...

elillik38_168581547696532
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən ilin may ayından etibarən Səhiyyə Nazirliyi ilə birgə aparılmış araşdırmalar zamanı 1055 nəfərə əsassız əlillik dərəcəsinin verildiyi aşkarlanıb və bu təyinatlar dərhal ləğv edilib”.

Ardını oxu...


Sabah ölkədə müşahidə olunacaq hava şəraiti ilə əlaqədar olaraq, dünən Azərsu ASC və rayon su-kanal idarələrinin rəhbərləri ilə geniş iclas keçirilib. Lazımi tapşırıqlar verilib. Həmin günlər rayon su-kanal idarələri və Azərsu ASC gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Ardını oxu...

 Azərbaycanda yanvarın 16-dan 17-ə keçən gecədən başlayaraq 18-i gündüzədək gözlənilən ifrat təhlükəli hidrometeoroloji hadisə ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sığınacaqları gücləndirilmiş iş rejimində işləyəcək.

Bizimaz.az :Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Bildirilib ki, kəskin hava şəraiti ilə əlaqədar sığınacağa ehtiyacı olanlar dərhal yaş səviyyələrinə uyğun olaraq Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağda və ya Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsində yerləşdiriləcəklər.

Bu məqsədlə müvafiq Qərargah da yaradılıb. Qərargahla əlaqə nömrələri: (050) 669 33 66, (070) 669 33 66.

Vətəndaşlardan gözlənilən təhlükəli hava şəraitində sosial sığınacağa ehtiyac duyan şəxslər, onların hazırda olduqları yer barədə qeyd olunan nömrələrə zəng vuraraq, habelə Nazirliyin 142 – Çağrı mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.

Sığınacaqlara yerləşdiriləcək şəxslər burada yataq, yemək və ilkin tibbi yardımla təmin olunacaqlar.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov