Bakı Slavyan Universitetinin (BSU) bir qrup tələbəsinin 20 Yanvar qırğınının əsas iştirakçılarından sayılan sovet və Rusiya dövlət xadimi Yevgeni Primakovun 90 illik yubileyi ilə bağlı keçirilmiş esse müsabiqəsində iştirak etməsi ilə bağlı yaranmış ajiotajdan sonra univertitet rəhbərliyi tərəfindən tələbələrə məcburi inşa yazdırıldığı haqda məlumat yayılıb.