Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) ümumrespublika radio kanalının açılması üçün Bakı və Abşеrоn ərazisində 102,0 MHz işçi tezliyi üzrə elan etdiyi müsabiqəyə qatılan şirkətlərin sayı artıb.
Danimarkada yaşayan azərbaycanlı həkim, Dünya Baş Ağrıları Cəmiyyətinin sədri Məsud Aşina nüfuzlu Lundbeck Fondu tərəfindən 5,3 milyon avro məbləğində mükafata layiq görülüb.
Yeni ilin yaxınlaşması ilə bağlı artıq paytaxt Bakıda bayram ab-havası hiss olunur. Mərkəzdə ağaclar bəzədilir, mağazalarda oyuncaqlar satılır və ən əsası da metro çıxışlarında Yeni il yarmarkaları fəaliyyətə başlayıb.
Marşrut şəbəkəsini genişləndirmək və sərnişin axınını artırmaq məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportu iri sərnişin aviadaşıyıcılarının cəlb edilməsi və yeni istiqamətlərin açılması üzrə genişmiqyaslı işlər aparır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müharibə və 20 Yanvar əlillərinə, I dərəcə əlilliyə görə müavinət və ya pensiya hüququ olan şəxslərə Prezidentin aylıq təqaüdünün elektron təyinat sistemlərini istifadəyə verib.