Xəbər lenti


Milli Məclisin deputatı, Xalq artisti Zeynəb Xanlarova ilə bağlı maraqlı faktlar üzə çıxıb.

BAKU.WS xəbər verir ki, jurnalist Cavanşir Həsənli Xanlarovanın 2012-ci ildən etibarən ABŞ-a köçdüyünü və Bruklin şəhərində “Zeynəb Xanlarova Fondu” yaratdığını yazıb.

Onun sözlərinə görə, deputatın 2013-cü ildə Bruklində Şipşid Bay küçəsi, 1629 tikdirdiyi 3 mərtəbəli binanın 3-cü mərtəbəsində fondun ofisi yerləşir:

“İkinci mərtəbə yerli hüquq firmalarından birinə icarəyə verilib. Ən alt qatında isə Avropa mətbəxi ilə tanınan “Esquiri” restoranı yerləşir. 232.2 kv.m sahəsi olan restoran illik 120 min dollara icarəyə verilib. Yəni aylıq icarəsi 10 min dollar! İcarədən gələn vəsait isə Amerikada xeyriyyə işləri ilə məşğul olan fonda gedir”.

Qeyd edək ki, 9 fevral 2019-cu ildə keçiriləcək növbədənkənar parlament seçkilərində 83 yaşlı Zeynəb Xanlarovanın namizəd olub-olmayacağı bilinmir.

BAKU.WS
 
 
 

 

Qonaqların şərhlərini hər zaman nəzarə alırıq. Bunun üçün qiymət strategiyasında optimallaşdırma həyata keçirdik. Ötən illə müqayisədə, bu il əyləncə xidmətlərində və restoranlarda qiymətlər 15 faiz endirilib. 

Ardını oxu...

 
 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətində Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin iştirakı ilə dekabrın 10-da “EuroHome” tikinti materialları bazarında baş vermiş yanğının söndürülməsinin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Ardını oxu...

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov