Xəbər lenti

Bibiheybət yolu bu tarixdə açılacaq
 

Bibiheybət yolunda tikinti-bərpa işlərinin may ayının sonuna qədər yekunlaşdırılması nəzərdə tutulub.

Bunu BAKU.WS-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib.

O bildirib ki, hazırda Bibiheybət yolunda tikinti-bərpa işləri davam etdirilir: “Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və xarici mütəxəssislərin iştirakı ilə bərpa işləri ilə bağlı layihə hazırlanıb. Həmin layihə əsasında bərpa və tikinti işləri həyata keçirilir. Yeni il öncəsi iki hərəkət zolağı istifadəyə verildi, daha iki hərəkət zolağının təmir işləri yekunlaşdıqdan sonra bərpa olunması nəzərədə tutulub.

Qeyd edim ki, yamacın iki hissəsində soy əsaslı dəmir beton istinad divarları inşa olunacaq və artıq bu istiqamətdə yamacın aşağı hissəsində işlərə başlanılıb. İki cərgə olmaqla bir metr diametrində svaylar vurulur və üzərində artıq istinad divarının inşasına hazırlıq işləri görülür. Sonradan yamacın orta hissəsində təmir işləri aparılacaq. Bundan sonra yolun tam bərpası mümkün olacaq. Bu ilin may ayının sonuna qədər işlərin yekunlaşdırılması nəzərdə tutulub”.


BAKU.WS
 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ““Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi haqqında” Qaydanı təsdiq edib.

Ardını oxu...



Bakıda və Abşeron yarımadasında yanvarın 24-də bəzi yerlərdə havanın yağıntılı olacağı, axşam sulu qara keçəcəyi gözlənilir. 

Ardını oxu...

 

Son zamanlar iqlim dəyişmələrindən, qlobal istiləşmə barədə çox danışılır, çox yazılır. Hazırda qərəzsiz statistikaya əsaslanan yer kürəsində havanın temperaturunun son 100 ildə 1 dərəcə yüksəlməsi faktı artıq şübhə doğurmur.

Ardını oxu...

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov