Azərbaycan Respublikasının Baş Prokurorluğunda aparılmış araşdırmalarla “sozcu.az” xəbər portalında “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin kobud şəkildə pozulmaqla ictimaiyətdə təşvişə səbəb olan “COVID-19” adlanan virus və ya koronavirus epidemiyası ilə ölkəmizdə qabaqlayıcı mübarizə tədbirlərinin gedişatı, habelə xəstəliyə yoluxma ehtimalı olan şəxslərin tibbi müayinədən keçirilməsi və nəzarət altına alınması barədə aidiyyatı qurumların mətbuat xidmətləri tərəfindən ictimaiyyətə mütəmadi olaraq ətraflı məlumatlar verilməsinə, eləcə də sensasiya naminə reallığı əks etdirməyən məlumatların yayılmaması məqsədilə səlahiyyətli qurumların mətbuat xidmətləri ilə dəqiqləşdirmələrin aparılması tələb edilməsinə baxmayaraq, həmin portalda ayrı-ayrı vaxtlarda müxtəlif başlıqlı məqalələrdə epidemiyanın guya respublika ərazisində geniş miqyasda yayılması, xəstəliyə yoluxmuş şəxslərin müalicə müəssisələrində vəfat etmələri barədə qəsdən və qərəzli şəkildə həqiqətə uyğun olmayan, yalan məlumatların dərc edilməsi, süni ajiotaj yaratmaq məqsədilə xəbər başlıqlarının məzmununda bilə-bilə çaşqınlığa səbəb olan ifadə və fotoşəkillərdən istifadə edilməsi müəyyən edilib.