Elm və təhsilin inkişafında elmi dərəcələrin alınmasının və elmi adların verilməsinin böyük stimullaşdırıcı rolu var. Odur ki, dissertasiya işlərinin müdafiəsinə və elmi adların alınmasına qoyulan tələblər də stimullaşdırıcı, eyni zamanda, daha yüksək standartlara uyğun olmalıdır. Digər tərəfdən, tələblərin ciddiləşdirilməsi ilə yanaşı, tədqiqatçı üçün psixoloji gərginlik yaradan müdafiəyə hazırlıq müddətinin azaldılması da önəmlidir.