Tovuz rayonunun Dondar Quşçu kəndində qətlə yetirilən azyaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən İlkin Süleymanovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti artırılıb.
Bizimaz.az report-a istinadən xəbər verir ki, müddətin artırılması ilə bağlı istintaq orqanının təqdimatına Nəsimi Rayon Məhkəməsində baxılıb.
Hakim Natavan Tağıyevanın qərarı ilə İlkin Süleymanovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 5 ay artırılıb.
Qeyd edək ki, ötən il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti bu il yanvarın 6-da kənd ərazisində aşkar edilib.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.