Əlilliyin qiymətləndirilməsi sisteminin şəffaflaşdırılması istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən görülən tədbirlər 2020-ci ilin ötən dövründə davam etdirilib.
Koronavirus pandemiyasına görə Azərbaycanda toyların keçirilməsi qadağan olunub. Ölkədə epidemioloji vəziyyət düzəldikdən sonra toyların yenidən keçirilməsinə icazə veriləcəyi bildirilir.
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 391 yeni yoluxma faktı qeydə alınıb, 504 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqrar Tədarük və Təchizat" ASC qarşıdan gələn Qurban bayramı ilə əlaqədar Bakı şəhərində və Abşeron yarımadasında 15 ünvanda “Kənddən şəhərə” yarmarkasının keçirilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması istiqamətində mühüm işlər görülür. Lakin bəzi hallarda ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən ətraf mühitin mühafizəsi qaydalarının pozulması halları müşahidə olunur və prokurorluq orqanları tərəfindən belə hallara qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilir.