"Operativ Qərargahdan imtahan keçirmək üçün icazə almışıq. Hazırda bu imtahanları 60 min insan gözləyir".
Bizimaz.az-ın xəbərinə görə, bunu onlayn mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.
DİM sədri bildirib ki, bu imtahanlar 24-25 iyulda və 2-3 iyulda təxirə salınan kontingentə və sərt karantin tətbiq olunan bölgələrə aiddir.
M. Abbaszadə deyib ki, bir ay ərzində - iyunun 10-dan iyulun 10-na qədər 143 min insan buraxılış və qəbul imtahanlarında iştirak edib.
Modern.az