Xəbər lenti


 

“Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Milli Şura dünən keçirilən piketdə “Sərbəst toplaşmaq haqqında” qanunun tələblərini kobud şəkildə pozub. Piketi təyin olunmuş yerdə deyil, orta məktəbin qarşısında dərs prosesini pozmaqla, şagirdlərin və valideynlərin hərəkətinə maneə törətməklə keçirdilər”.

  

Bizimaz.az: Moderator.az xəbər verir ki, bu fikirləri Modern.az-a deputat, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib:

“Baxmayaraq ki, öncədən bu məsələlərlə bağlı Milli Şuranın təşkilatçılarına xəbərdarlıq edilmişdi. Piketin piket, mitinqin mitinq, yürüşün  yürüş qaydası var. Əgər sən yürüş keçirmək istəyirsənsə, müraciət elə ki, yürüş keçirmək istəyirəm. Buna yer ayrılsın. Yoxsa yaxınlıqda yerləşən məktəbin ətrafında piket keçirməklə o insanların hüquqlarını pozursan...  Öz hüququndan istifadə etməklə,  başqasının da hüququnu pozursan”,-deyə  icra katibinin müavini sözlərinə əlavə edib.


Siyavuş Novruzovun sözlərinə görə, piketdən açıq-aşkar görünürdü ki, baş verənlər təxribata hesablanmış məsələlərdir:

“Qadınlar asayişi qoruyanları təhqir edib aşağılayaraq pis sözlər deyirdilər ki,  polisin hər hansı biri onlara qarşılıq olaraq kobudluq etsinlər. Ancaq polislər səbr nümayiş etdirərək, onların provokasiyasına getmədilər. Bir dəstə qadını başına yığıb piket keçirtmək, yaxud  da, qarşılıq yaratmaq nə deməkdir?! Bunların hamısı təxribata hesablanmış məsələlərdir”.

YAP rəsmisi  piket təşkilatçılarının aksiyada iştirak etməməsinə də münasibət bildirib:

“Piketin təşkilatçıları olan Milli Şura və  AXCP-nin rəhbərliyindəki Əli Kərimli,  Cəmil Həsənli və digərləri seyrçi mövqe tutub aksiyaya gəlmədilər. O adamları təxribat törətməyə göndərmişdilər ki,  polis tərəfindən saxlanılsınlar və bunlar da bəyanat yaysınlar. Hətta piketin özündə Paşinyana haqq qazandırırdılar.

Bu gün Əli Kərimli Cəmil Hədənli Paşinyana Elçibəydən daha çox xidmət göstərirlər. Vaxtında Elçibəyə Paşinyana göstərdikləri xidmətdən göstərsəydilər,  bilmək olmazdı, bu məsələlərin axırı necə olacaqdı! Azərbaycanda Paşinyanın nümayəndəsi, bəlkə də səfiri  kimi çıxış edirlər. Bunların xisləti və əməlləri budur”.

Qeyd edək ki, dünən  Milli Şura piket keçirib.

Piket saat  15:00-dan 16:00-dək meriyanın inzibati binası ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında yerləşən ərazidə baş tutub.

22 Noyabr 2024 “Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
15 Noyabr 2024 “Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
14 Noyabr 2024 COP29 Azərbaycana nələr qazandıracaq? - AÇIQLAMA
19 Fevral 2024 Azərbaycan və Türkiyə prezidentləri görüşdülət
16 Fevral 2024 Yeni siyasi xətt elan edildi: Nə Rusiya, nə Qərb…
12 Noyabr 2023 Kamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının aparıcı üzvüdür”
31 Oktyabr 2023 “Azəriqaz” şəhid anasının istəyini yerinə yetirdi - Video
28 Oktyabr 2023 Kamaləddin Qafarov: “Şərqi Zəngəzur cənnətə çevriləcək”
15 Oktyabr 2023 Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur”
24 Sentyabr 2023 Kamaləddin Qafarov: “27 sentyabrla başlayan Qələbələrimiz davam edir”
23 Sentyabr 2023 120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib - RƏSMİ
23 Sentyabr 2023 Erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə təminat veririk - Ombudsman
23 Sentyabr 2023 Ceyhun Bayramov İƏT və ASEAN XİN başçılarının XV Birgə İclasına sədrlik etdi - Foto
29 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan bu torpaqların əsl sahibinin kim olduğunu sübuta yetirdi”
06 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan separatizmlə heç vaxt barışmayacaq”
29 İyul 2023 Kamaləddin Qafarov: “Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub”
31 May 2023 Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”
25 May 2023 İlham Əliyev Rusiyaya getdi
13 Aprel 2023 Kamaləddin Qafarov: “ Xalqlarımızı tarixi dostluq və qonşuluq münasibətləri birləşdirir”
02 Aprel 2023 Kamaləddin Qafarov: “Ulu Öndər ordumuzun formalaşmasına əvəzsiz töhfələr vermişdir”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov