“Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli mövqeyinə sadiq olaraq qalır”.
Bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin Yerevanda keçirdiyi mətbuat konfransında bildirib.
“Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində əhəmiyyətli rol oynayır, çünki Ermənistan bizim strateji tərəfdaşımız, Azərbaycan isə bizim köhnə tərəfdaşımızdır. Biz ATƏT-in Minsk Qrupunun həmsədrləri formatında fəaliyyət göstəririk. Bu məsələ ilə bağlı tərəfdaşlarımızla birgə tədbirlər görürük, həmçinin ayrıca addımlar atırıq. Bu mexanizmlər mövcuddur və işləyir. Biz danışıqlar prosesinin qurulmasını istəyirik. Aydındır ki, münaqişənin həlli ilə bağlı yekun qərarı münaqişə tərəfləri qəbul etməlidir. Burada biz Rusiyanın roluna balanslaşdırılmış şəkildə yanaşmalıyıq. Rusiyanın rolu vacibdir, lakin bu, münaqişə tərəflərinin qərarlarına təsir edə bilməz”. /APA