İran Avrasiya İttifaqı ilə azad ticarət haqqında razılaşmanı bu gün ratifikasiya edib.
Bizimaz.az xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı Ermənistan parlamentinin Avrasiya və Regional İnteqrasiya Komissiyasının rəhbəri Mikayıl Melkumyan deyib. O, Avrasiya İttifaqı ilə İranın tam azad ticarət rejiminə 3 il sonra keçəcəyini bildirib.
Melkumyan çıxışı zamanı həmçinin İranın Ermənistan üçün həddən artıq vacib ölkə olduğunu deyib.