Xəbər lenti



Ermənistan yalnız yəhudilərə deyil, bütün millətlərə qarşı qeyri-tolerant münasibət bəslənən bir ölkədir. Bunu Trend-ə Milli Məclisin deputatı Musa Quliyev deyib.

Onun sözlərinə görə, Ermənistanı dünyada monoetnik bir ölkə də saymaq olar. Çünki Ermənistanda ermənilərdən başqa, demək olar, heç bir millətin nümayəndəsi yaşamır:

“Orada bir qədər yezidi kürdləri qalmışdı, onları da ölkələrindən çıxardılar. Ermənistanın Rusiya ilə yaxşı münasibətlərinin olmasına baxmayaraq, onlar orada hətta rusların yaşaması və fəaliyyət göstərməsinə münasib imkan yaratmırlar”.

Deputat həmçinin xatırladıb ki, Ermənistan Azərbaycanın tarixi torpaqlarının aborigen əhalisi olan 250 mindən çox Azərbaycan türkünü 1988-1989-cu illərdə tamamilə deportasiya edib.

O bildirib ki, ötən 100 il ərzində ermənilər tərəfindən məhz azərbaycanlılara qarşı nə qədər soyqırımının törədildiyi bütün dünyaya məlumdur: “Yəhudilərə və digər millətlərə olan münasibətə gəldikdə, ermənilər özlərindən başqa heç bir millətə qarşı heç vaxt humanist münasibət bəsləməyiblər. Bu, əslində "erməni xəstəliyi" deyilən bir sindromun tərkib hissəsidir və milli naqislikdən doğan məsələdir. Naqisliyi olan şəxs və ya toplum həmişə sağlam topluma qısqanclıqla yanaşır və özünün “çatışmazlıq kompleksi"ndən xilas olması üçün bu kimi addımlar atır. Bu, həm də Ermənistan dövlətinin siyasətinin bir tərkib hissəsidir. Ona görə də ermənilərin yəhudilərə və digər millətlərə olan belə münasibətini təəccüblə qarşılamaq lazım deyil”.

Xatırladaq ki, “Pew Research Center” Tədqiqat Mərkəzinin Mərkəzi və Şərqi Avropanın 18 ölkəsində bir il ərzində apardığı sosial sorğunun nəticələrinə görə, Ermənistan Mərkəzi və Şərqi Avropa dövlətləri arasında yəhudilərə münasibətdə ən qeyri-tolerant ölkə hesab olunub.

22 Noyabr 2024 “Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
15 Noyabr 2024 “Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
14 Noyabr 2024 COP29 Azərbaycana nələr qazandıracaq? - AÇIQLAMA
19 Fevral 2024 Azərbaycan və Türkiyə prezidentləri görüşdülət
16 Fevral 2024 Yeni siyasi xətt elan edildi: Nə Rusiya, nə Qərb…
12 Noyabr 2023 Kamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının aparıcı üzvüdür”
31 Oktyabr 2023 “Azəriqaz” şəhid anasının istəyini yerinə yetirdi - Video
28 Oktyabr 2023 Kamaləddin Qafarov: “Şərqi Zəngəzur cənnətə çevriləcək”
15 Oktyabr 2023 Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur”
24 Sentyabr 2023 Kamaləddin Qafarov: “27 sentyabrla başlayan Qələbələrimiz davam edir”
23 Sentyabr 2023 120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib - RƏSMİ
23 Sentyabr 2023 Erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə təminat veririk - Ombudsman
23 Sentyabr 2023 Ceyhun Bayramov İƏT və ASEAN XİN başçılarının XV Birgə İclasına sədrlik etdi - Foto
29 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan bu torpaqların əsl sahibinin kim olduğunu sübuta yetirdi”
06 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan separatizmlə heç vaxt barışmayacaq”
29 İyul 2023 Kamaləddin Qafarov: “Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub”
31 May 2023 Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”
25 May 2023 İlham Əliyev Rusiyaya getdi
13 Aprel 2023 Kamaləddin Qafarov: “ Xalqlarımızı tarixi dostluq və qonşuluq münasibətləri birləşdirir”
02 Aprel 2023 Kamaləddin Qafarov: “Ulu Öndər ordumuzun formalaşmasına əvəzsiz töhfələr vermişdir”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov