Rusiya S-400 havadan müdafiə sistemini Türkiyəyə daha yaxın bir vaxtda təhvil vermək üçün əlindən gələni edir.
Bu açıqlama ilə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov çıxış edib.
2020-ci ilə qədər S-400-ləri Türkiyəyə vermək üçün çalışdıqlarını deyən Uşakov məsələnin Türkiyə tərəfindən gündəmə gətirildiyini söyləyib:
"Türkiyənin istəyini qarşılamaq üçün səy göstərəcəyik. Ankara müqavilə çərçivəsində 4 ədəd S-400 batareyası üçün Rusiyaya 2,5 milyard dollar ödəyib. Bu məbləğin bir qismi Rusiyadan alınan kreditlə həyata keçirilib".