Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.
Telefon danışığı Ərdoğanın təşəbbüsü ilə baş tutub.
Prezidentlər söhbət zamanı
ABŞ-ın
Qüdsü İsrailin paytaxtı kimi tanımasını müzakirə ediblər.
Ərdoğan Trampın qərarının bölgədə sülh və sabitliyə mənfi təsir göstərəcəyini deyib. Putin Türkiyə prezidentinin fikirlərini dəstəklədiyini vurğulayıb.
Bundan əlavə prezidentlər iki ölkə arasındakı münasibətlər və regionlar məsələlər ətrafında fikir mübadiləsi aparıblar.