"Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllində maraqlıdır".
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu
Bakıda keçirilən Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin ilk üçtərəfli görüşünün yekununda deyib.
Çavuşoğlunun sözlərinə görə, Türkiyə prezidenti
Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə bu ay keçirdiyi hər iki görüş zamanı
Qarabağ münaqişəsini müzakirə edib:
“Ərdoğan Rusiya qərarlı olarsa, bu məsələnin həll olunacağını, bu təşəbbüsün də Türkiyə tərəfindən dəstəklənəcəyini bildirib.
Prezident İlham Əliyev və
Rəcəb Tayyib Ərdoğan bu məsələ ilə bağlı daima təmasdadır. Biz münaqişənin nizamlanması ilə bağlı Azərbaycan tərəfinin qəbul edəcəyi istənilən həll yolunu dəstəkləyirik. Ötən gün mən
ATƏT-in
Minsk qrupunun həmsədrləri ilə görüşdüm. Biz onlara daha aktiv, daha qərarlı və daha səmərəli olmalarını bildirdik. Biz Ankara olaraq
ATƏT-in
Minsk qrupu həmsədrlərinin səylərini dəstəkləyirik”.