Xarici işlər naziri Elmar Məmmədyarov Cenevrədə işgüzar səfərdədir.
Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində nazir Elmar Məmmmədyarovun BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) 37-ci sessiyasının yüksək səviyyəli seqmentində çıxışı, BMT-nin baş katibinin müavini, eyni zamanda, BMT-nin Cenevrə bölməsinin baş direktoru və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.