"Azərbaycanda azad seçkilər keçirilir. Seçkiləri izləmək üçün beynəlxalq təşkilatlara dəvətlər göndərilir".
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
"Seçkiləri izləmək üçün
BMT,
ATƏT, İƏT,
MDB, Demokratiya və İqtisadi İnkişaf təşkilatı, Türkdilli ölkələrin Əməkdaşlıq Şurasına və digər təşkilatlara dəvət göndərilir. Bundan əlavə
Milli Məclisin xətti ilə bir sıra qanunverici orqanlara dəvət göndərilir", - deyə H.Hacıyev vurğulayıb.