Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xarici ölkələrdəki 25 diplomatik missiyaya rəhbər təyin edilməsi barədə fərman imzalayıb.
Bizimaz.az xəbər verir ki, bu barədə “Rəsmi qəzet” informasiya yayıb.
Fərman çərçivəsində həmçinin Türkiyənin Rusiyadakı yeni fövqəladə və səlahiyyətli səfirinin kimliyinə aydınlıq gəlib. Məhməd Samsar Türkiyə Respublikasının Rusiyadakı səfiri təyin edilib.
Qeyd edək ki, Məhməd Samsar bu vəzifəyə 2016-cı ildə təyin olunan Hüseyn Diriözü əvəz edib.