Erməni mətbuatında ordudakı bu istefaların arxasında köhnələrin yeni rəhbərlə hesablaşmadığı amilinin durduğu bildirilir.
Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili, politoloq Rasim Musabəyov deyib. Deputat Ermənistan ordusunda daxili vəziyyətin getdikcə pisləşdiyini deyib:
“Ermənistan müdafiə nazirinin daha iki generalı istefaya göndərməsi daxili çəkişmələrin nəticəsi olsa da, dolayı yolla ermənilərin dördgünlük müharibədən məğlub çıxdığının etirafıdır. Bu, eyni zamanda, aprel döyüşlərindən sonra yarıtmazlığına görə ordu rəhbərlərinə qarşı aparılan cəza siyasətinin davamıdır”.
Qeyd edək ki, Ermənistan Müdafiə naziri Vigen Sərkisyan daha iki generalı - baş qərargah rəisinin müavini, general-leytenant Aykaz Baqramyan və general-leytenant Stepan Qalstyanı vəzifəsindən azad edib.