Erməni “dinc etirazçı”ların yalanları və iç üzü növbəti dəfə ifşa olunub.
Belə ki, Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında dinc aksiya keçirdiklərini iddia edən erməni separatçıların, əslində pərdə arxasında növbəti kirli oyunlar qurduqları üzə çıxıb.
Çünki erməni separatçıları həm aksiya iştirakçılarının sayını çox göstərmək, həm də “ehtiyac” olarsa, hansısa təxribatlarda istifadə etmək üçün öz terrorçularından istifadə ediblər.
“Dinc aksiya” donu geyindirilən hadisələrə qanunsuz erməni silahlı birləşmələrinin üzvü olan separatçı-terrorçular cəlb ediblər.
Ermənilərin növbəti hiyləsini ifşa edən görüntüləri təqdim edirik: