Bizimaz.az: bunu
Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl Cubeyr deyib. Nazir bildirib ki, cinayət Səudiyyə və Türkiyə ədliyyə orqanları əməkdaşları tərəfindən araşdırılır.
“Kaşoqi cinayəti isterik bir hal alıb. Araşdırmalar vaxt alır. Həqiqət araşdırma davam etdikcə ortaya çıxacaq. Cinayətdə əli olanlar
Səudiyyə Ərəbistanında mühakimə olunacaq”.
Qeyd edək ki, Türkiyə prezidenti
Rəcəb Tayyib Ərdoğan cinayət hadisəsinin İstanbulda qeydə alındığını əsas gətirərək, qətldə əli olan 18 nəfərin Türkiyədə mühakimə olunmasını təklif etmişdi.