Prezident İlham Əliyevin yeni təyin etdiyi müdafiə naziri müavininin kimliyi marağa səbəb olub.
Bizimaz.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, bu vəzifəyə gətirilən Aqil Qurbanov uzun müddət özəl sektorda fəaliyyət göstərib.
1986-cı il təvəllüdlü A.Qurbanov daha əvvəl “PASHA Holding” MMC-yə daxil olan “PASHA İnvestments” MMC-də çalışıb.
O, daha sonra “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin Müşahidə Şurasının sədri vəzifəsini tutub.
Məlumat üçün bildirək ki, Aqil Qurbanov ötən gün Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Müdafiə Nazirliyinin rəhbər heyətinin tərkibində mülki geyimdə Fəxri xiyabanı ziyarət edib.