“France 24” telekanalının qondarma respublikanın “nümayəndəsindən” müsahibəsi separatizmi təbliğ edir”.

 

Bunu Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva sözügedən kanalın separatçı rejimin qondarma rəhbəri Arayik Arutyunyandan müsahibə götürməsinə münasibət bildirərkən bəyan edib.

 

Diplomat belə müsahibələrin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirdiyini, həmçinin gərginliyi artıraraq sülh səylərinə ziyan verdiyini vurğulayıb.