Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramovla Sergey Lavrov arasında görüş başlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova öz teleqram kanalında məlumat verib.
O, görüşdən foto da paylaşıb.
***
“Rusiya İrəvanla Bakı arasında sülh sazişinin imzalanmasında maraqlıdır”, - deyə Lavrov görüşdə qeyd edib.