Azərbaycanın İsraildə səfirliyi təsis ediləcək.

 

 

Bizimaz.az APA-ya istinadla xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə əlavə edilən "Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsində əksini tapıb.

Bu barədə deputat Kamal Cəfərov məlumat verib.