Xəbər lenti

Azərbaycan ədalətli sülh istəyir

Son bir neçə ay ərzində Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində həm müsbət, həm də milli maraqlarımızı təhdid edə bilən hadisələrin şahidi oluruq. İrəvanda istər iqtidarda olanlar, istərsə də keçmiş "Qarabağ klanı"nı təmsil edən revanşistlər "yeni müharibəyə hazırlaşmaq", "Qarabağa müstəqillik" kimi çağırışlar edirlər. Təbii ki, kapitulyasiya aktının imzalanmasından keçən iki il ərzində Ermənistanın havadarları bölgədə sabitliyin olmaması, sülhün əldə edilməməsi üçün əllərindən gələni edir, Azərbaycanın irəli sürdüyü və beynəlxalq hüququn normalarına əsaslanan 5 prinsip bazasında sülh sazişinin imzalanmasına müxtəlif əngəllər yaradırlar.
İndi Ermənistanı xam xəyallara yenidən inandırmaq, əllərində maşaya çevirmək, geosiyasi oyunlarına alət etmək üçün Praqa, Brüssel, Soçi, Moskva, Vaşinqtonda saysız görüşlər təşkil edilir, özünü bölgənin əsas sahibi sayanlar hər biri "sülh sazişi" adı altında müxtəlif variantlar hazırlayır. Halbuki, sülhün əldə olunmasının çox sadə bir formulu var. Rəsmi Bakının təqdim etdiyi şərtlər daxilində qarışılıqlı anlaşmanın əldə edilməsi çox realdır.
Məlum proseslərin hələ də davam etdiyi bu günlərdə Azərbaycan tarixi Zəfərinin ikinci ildönümünü qeyd etdi. Azərbaycanın incisi sayılan Şuşada Prezident, Ali Baş Komandan İlham Əliyev hərbçilər qarşısında çıxış edərək bir daha dövlətimizə qarşı məkrli planlar quranlara açıq şəkildə xəbərdarlıq etdi. 
Beynəlxalq birlik ağır müharibədən çıxan bir dövlətin çox qısa zaman kəsiyində işğaldan azad edilmiş 10 min kvadratkilometr ərazidə həyata keçirdiyi meqalayihələri heyranlıq və qısqanclıqla izləyir. Biz bu işləri heç kimdən yardım almadan, sadəcə, kiçik bir dövlətin böyük imkanları hesabına reallaşdırırıq. Bu səbəbdəndir ki, bölgədə çox güclü, inkişaf etmiş və qüdrətli Azərbaycanın mövcudluğu bir çoxları üçün qəbuledilməz sayılır. Ona görə də, tarixi Zəfərlə şəhidlərimizin qanı, canı bahasına dövlət və xalq olaraq yaratdığımız yeni reallıqları, sülh imkanlarını heçə endirmək üçün "erməni kartı" yenidən işə salınır. Yuxarı Qarabağ iqtisadi rayonunda separatizm meyllərinin təkrarən alovlanmasına səylər göstərilir. 
Prezident Şuşadakı çıxışında rus hərbiçilərinin Azərbaycan ərazisindəki mövcudluğu, həmçinin Kremlin Xankəndindəki separatçı rejimə ümid verən addımları ilə bağlı açıq şəkildə bildirdi ki, bu "niyyətlər" heç bir nəticə verməyəcək: "Rus sülhməramlılar orada müvəqqəti yerləşiblər, 2020-ci ilin 10 noyabr Bəyanatında onların müddəti göstərilir və əgər kiməsə bel bağlayırlarsa, yenə də faciə ilə üzləşəcəklər".
İranın 30 illik işğal dövründə yürütdüyü siyasət, sözdə Azərbaycana dəstək, əməldə isə bunun tam tərsini həyata keçirməsi, son bir il ərzində Ermənistanın üzərinə götürdüyü "Zəngəzur dəhlizi"nin reallaşdırılmasına qarşı çıxması, "müsəlman dövlətinin" işğalçıya qucaq açması, rəsmi Bakıya təhdidlər yağdırmasının da Azərbaycanın ali rəhbərliyi tərəfindən necə qarşılandığını Prezidentin Şuşa çıxışında gördük: "Ermənistan təkcə bizə qarşı yox, bütün müsəlman aləminə qarşı təcavüzkar siyasət aparır. Məscidləri dağıdan müsəlman ölkələri ilə dost ola bilməz. Məscidləri dağıdana müsəlman ölkələrinin rəhbərləri qucaq aça bilməz, bilər? Onları qucaqlayıb öpə bilər? Bu, riyakarlıqdır, bu, satqınlıqdır. Bunun başqa adı yoxdur. Ona görə müsəlman aləmində biz Ermənistanı əsas dayaqlardan təcrid etdik. Düzdür, tam təcrid edə bilmədik, bunun başqa səbəbləri var - bax, dediyim riyakarlıq...."
Azərbaycan Prezidenti vurğuladı ki, müharibə iki il bundan əvvəl başa çatsa da, narahatedici məqamlar var. Bu məqamları neytrallaşdırmaq üçün isə ölkəmiz önləyici tədbirlərini davam etdirir: "Gələn il üçün Azərbaycanın dövlət büdcəsi rekord həddə çatıb, o cümlədən hərbi xərclərə ayrılacaq vəsait də rekord həddə çatıb. Bu ona görədir ki, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Ermənistanda müharibənin nəticələri ilə barışmaq istəməyən qüvvələr, dairələr baş qaldırır. Ermənistan 2020-ci ilin 10 noyabr Bəyanatına tam əməl etmir, öz silahlı qüvvələrini Qarabağdan tam çıxarmayıb, Zəngəzur dəhlizini bizə təqdim etməyib, bizə qarşı vaxtaşırı hərbi təxribatlar törədir. Əlbəttə ki, biz hazırlıqlı olmalıyıq və biz hazırıq. İndiki Azərbaycan Ordusu iki il bundan əvvəlki Azərbaycan Ordusundan daha güclüdür və bunu hər kəs bilməlidir, Ermənistan və hər kəs!"
Rəsmi Bakı İrəvana və onun havadarlarına düşünmək üçün yenidən humanizm prinsiplərini əsas tutaraq vaxt verir. Lakin qarşıda artıq ermənilərin də ümid etdiyi illərlə davam edəcək danışıqlar prosesi olmayacaq. Hər şey konkret vaxt və zaman çərçivəsində reallaşmalıdır. İlk öncə Qarabağdan erməni silahlı qüvvələri tam olaraq çıxarılmalıdır. Əks təqdirdə, Ali Baş Komandanın da dediyi kimi, "Bizim səbrimiz tükənməz deyil və bir daha xəbərdarlıq etmək istəyirəm, əgər bu öhdəlik yerinə yetirilməsə, Azərbaycan lazımi addımlar atacaq". İkincisi, Zəngəzur dəhlizi məsələsidir. Bununla bağlı İrəvan və Paşinyan hökuməti nə qədər təkzib versələr də, Zəngəzur dəhlizi Ermənistanın öhdəliyidir: "Biz iki il ərzində Laçın yolu ilə Ermənistandan Qarabağa və əks istiqamətə gedən maşınlara toxunmuruq. Biz öhdəlik götürmüşük, yerinə yetiririk, sərbəst hərəkət. Ermənistan da öhdəlik götürüb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında yol bağlantısı olsun. İki il keçib üstündən, nə texniki-iqtisadi əsaslandırma var, nə hansısa hərəkət var, nə dəmir yolu, nə də avtomobil yolu. Biz nə vaxta qədər gözləməliyik?
Görünən odur ki, İrəvan öhdəliklərinə və vədlərinə əməl etmək istəmir. Yenidən vaxtı uzatmaqla nəyəsə ümid edir, havadarlarının onu "qoruyacağı" ilə bağlı vədlərinə bel bağlayır. Lakin Bakının da səbri tükənməz deyil. Azərbaycan müharibə yox, sülh istəyir, lakin ədalətli sülh. Əgər Ermənistan xoş niyyət göstərsə, bu imzalanacaq, göstərməsə, imzalanmayacaq. Ondan sonra nə olacaq, onu həyat göstərər. Əgər İrəvan keçmişdən dərs çıxarmayaraq yenidən öz təxribatlarına davam edərsə, üçtərəfli bəyanatlar və görüşlər zamanı üzərinə götürdüyü öhdəliklərə əməl etməzsə, onda yenidən və daha ağır məğlubiyyət alacağı qaçılmazdır. 

Bəylər Nəzərov,
Salyan rayon I Varlı kənd tam orta məktəbin direktor əvəzi
aia.az
19 Fevral 2024 Azərbaycan və Türkiyə prezidentləri görüşdülət
16 Fevral 2024 Yeni siyasi xətt elan edildi: Nə Rusiya, nə Qərb…
12 Noyabr 2023 Kamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının aparıcı üzvüdür”
31 Oktyabr 2023 “Azəriqaz” şəhid anasının istəyini yerinə yetirdi - Video
28 Oktyabr 2023 Kamaləddin Qafarov: “Şərqi Zəngəzur cənnətə çevriləcək”
15 Oktyabr 2023 Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur”
24 Sentyabr 2023 Kamaləddin Qafarov: “27 sentyabrla başlayan Qələbələrimiz davam edir”
23 Sentyabr 2023 120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib - RƏSMİ
23 Sentyabr 2023 Erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə təminat veririk - Ombudsman
23 Sentyabr 2023 Ceyhun Bayramov İƏT və ASEAN XİN başçılarının XV Birgə İclasına sədrlik etdi - Foto
29 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan bu torpaqların əsl sahibinin kim olduğunu sübuta yetirdi”
06 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan separatizmlə heç vaxt barışmayacaq”
29 İyul 2023 Kamaləddin Qafarov: “Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub”
31 May 2023 Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”
25 May 2023 İlham Əliyev Rusiyaya getdi
13 Aprel 2023 Kamaləddin Qafarov: “ Xalqlarımızı tarixi dostluq və qonşuluq münasibətləri birləşdirir”
02 Aprel 2023 Kamaləddin Qafarov: “Ulu Öndər ordumuzun formalaşmasına əvəzsiz töhfələr vermişdir”
30 Mart 2023 Kamaləddin Qafarov: “31 Mart soyqırımı insanlıq əleyhinə törədilmiş ən ağır cinayətlərdəndir”
29 Mart 2023 Kamaləddin Qafarov: “Siyasi dialoq günün labüd reallığıdır”
24 Mart 2023 Kamaləddin Qafarov: “Ermənistan yenə odla oynayır”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov