Xəbər lenti

Kamaləddin Qafarov: “Azərbaycanın ərəb dünyası ilə  əməkdaşlığı genişlənəcək”

“Beynəlxalq nüfuzu getdikcə artan Azərbaycan xarici əlaqələrin inkişaf etdirilməsinə hər zaman xüsusi diqqətlə yanaşır. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin həyata keçirdiyi uğurlu diplomatiya və xarici siyasət kursu, Azərbaycanın ən mötəbər beynəlxalq təşkilatlarda üzvlüyü və fəallığı faktı həmin təşkilatların digər üzvlərinin ölkəmizə marağını və diqqətini daim artırır”.

Bu sözləri mətbuata açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.


Millət vəkili qeyd edib ki, bu gün Azərbaycan 120 ölkəni bir araya gətirən və BMT-dən sonra dünyada ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq arenada mühüm rol oynayır. “Ölkəmiz bu təsisatın sədrliyinə 2019-cu ildən və bütün üzv dövlətlərin yekdil səsi ilə seçilmişdir. Bu da Azərbaycanın mövqeyinə və siyasətinə yüksək səviyyəli dəstəyi və rəğbəti nümayiş etdirən bir haldır. Ölkəmizin Qoşulmama Hərəkatının sədri kimi fəaliyyətinin yüksək səmərəliliyi, ötən müddət ərzində irəli sürdüyü təşəbbüslərin effektivliyi buna səbəb oldu ki, Azərbaycanın təşkilata sədrliyi bir daha yekdil qərarla 2023-cü ilin sonuna qədər uzadıldı. Həmçinin Azərbaycan 2006-cı ildən Ərəb Dövlətləri Liqasının müşahidəçi statusunda üzvüdür və bu gün mövcud əməkdaşlığı daha da genişləndirmək üçün böyük imkanlar var. Bu baxımdan Azərbaycan Prezidenti cənab İlham Əliyevin cari il noyabrın 1-də Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirakı xüsusi əhəmiyyət kəsb edir.”.

K.Qafarov deyib: “Bu gün dünyada özlərini demokratiya carçısı kimi təbliğ edən bəzi Qərb dövlətləri nahaq yerə düşünürlər ki, onların yüz illər boyunca həyata keçirdikləri aqressiv xarici siyasətlərinin, apardıqları işğalçı müharibələrin izləri zamanla silinib gedəcək. O cümlədən, Azərbaycanı öz ərazi bütövlüyünü təmin etmək üçün, sırf BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə edərək apardığı və tarixi Qələbə ilə başa vurduğu ədalətli Vətən müharibəsinə görə qınamağa cəhd edən Fransa hökuməti yaxşı olardı ki, yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı apardığı dəhşətli işğalçı müharibə nəticəsində ölümünə səbəb olduğu 1,5 milyon əlcəzairlinin qanı barədə düşünsün. Əlcəzairə Milli Azadlıq Günündə, Milli Ləyaqət Günündə etdiyi səfər çərçivəsində möhtərəm Prezidentimiz İlham Əliyev Şəhidlər memorialını, eləcə də Mücahidlər Muzeyini ziyarət edərək Əlcəzair xalqının öz azadlığı uğurunda verdiyi şəhidlərin xatirəsini yad etmişdir. Bundan sonra dövlətimizin başçısı Sammitdə etdiyi çıxışında Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı bir daha kəskin şəkildə pisləmiş və qeyd etmişdir ki, dünya heç zaman bu faciəni unutmamalıdır. Azərbaycan Prezidenti vurğulamışdır ki, dünya birliyi gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlindən gələni etməlidir.”

K.Qafarov Azərbaycanın Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında təmsil olunmasının ölkəmiz üçün önəmli hadisə olduğunu qeyd edərək deyib: “Məlumdur ki, Azərbaycan da uzun müddət ərzində Əlcəzair kimi işğaldan əziyyət çəkib. Bizim torpaqlarımız otuz il Ermənistanın işğalı altında qalmışdı. Bütün bu işğal illəri ərzində Azərbaycan həmişə ərəb ölkələrinin, İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin dəstəyini hiss edib. Dövlət başçımızın Sammitdəki çıxışında qeyd olunduğu kimi, Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında təmsil olunmaq Azərbaycan üçün əlamətdar hadisədir. Sözügedən fakt dostluq və qardaşlıq əlamətidir və ölkələrimiz arasında birliyi nümayiş etdirir. Ərəb Dövlətləri Liqası ilə Azərbaycan arasındakı münasibətlərin xüsusi xarakteri vardır və bu gün həmin münasibətləri daha da dərinləşdirmək, inkişaf etdirmək üçün geniş imkanlar yaranıb.”

aia.az

22 Noyabr 2024 “Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
15 Noyabr 2024 “Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
14 Noyabr 2024 COP29 Azərbaycana nələr qazandıracaq? - AÇIQLAMA
19 Fevral 2024 Azərbaycan və Türkiyə prezidentləri görüşdülət
16 Fevral 2024 Yeni siyasi xətt elan edildi: Nə Rusiya, nə Qərb…
12 Noyabr 2023 Kamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının aparıcı üzvüdür”
31 Oktyabr 2023 “Azəriqaz” şəhid anasının istəyini yerinə yetirdi - Video
28 Oktyabr 2023 Kamaləddin Qafarov: “Şərqi Zəngəzur cənnətə çevriləcək”
15 Oktyabr 2023 Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur”
24 Sentyabr 2023 Kamaləddin Qafarov: “27 sentyabrla başlayan Qələbələrimiz davam edir”
23 Sentyabr 2023 120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib - RƏSMİ
23 Sentyabr 2023 Erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə təminat veririk - Ombudsman
23 Sentyabr 2023 Ceyhun Bayramov İƏT və ASEAN XİN başçılarının XV Birgə İclasına sədrlik etdi - Foto
29 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan bu torpaqların əsl sahibinin kim olduğunu sübuta yetirdi”
06 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan separatizmlə heç vaxt barışmayacaq”
29 İyul 2023 Kamaləddin Qafarov: “Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub”
31 May 2023 Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”
25 May 2023 İlham Əliyev Rusiyaya getdi
13 Aprel 2023 Kamaləddin Qafarov: “ Xalqlarımızı tarixi dostluq və qonşuluq münasibətləri birləşdirir”
02 Aprel 2023 Kamaləddin Qafarov: “Ulu Öndər ordumuzun formalaşmasına əvəzsiz töhfələr vermişdir”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov