“Hesablama Palatasının rəylərində qeyd edilənlərin hamısını qəbul etmirik”.
Bizimaz.az apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, Palatanın rəyi ilə bağlı məsləhətləşmələr aparılıb: "Bir çox məsələ nəzərə alınmayıb. Nəzərə alınmayan məsələlərlə bağlı Palataya rəyimizi təqdim edəcəyik”.