“Taxıl dəhlizi” fəaliyyətini yenidən bərpa edəcək“.

 

 

Gununxeberi.az-n məlumatına görə, BAKU.WS "Haber Global"a istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Rusiya müdafiə naziri Sergey Şoyqu ilə türkiyəli həmkarı Hulusi Akar arasında danışıqlardan sonra bu barədə razılıq əldə olunub.

“Yeni sevindirici xəbər Rusiya müdafiə naziri Şoyqunun milli müdafiə nazirimiz Akarla əlaqə saxlaması və bu gün saat 12:00-dan etibarən taxıl daşımalarının davam edəcəyini bildirməsidir”, - deyə Türkiyə lideri bildirib.