Soçidə Putinlə Paşinyanın görüşü başlanıb.
Vladimir Putin bəyan edib ki, Qarabağ ətrafındakı münaqişəyə son qoymaq gərəkdir: "Ümid edirəm ki, irəliyə hərəkətə imkan verən qərarlar qəbul edəcəyik. Ermənistanın baş nazirinin mövqeyini bilirəm. Bakı ilə İrəvan arasında münaqişə uzun illərdir ki, davam edir, ona nə vaxtsa son qoyulmalıdır".
Putin bildirib ki, sizdə bunun üçün siyasi iradə var. O da bunu hər cür dəstəkləyəcək:
"Nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması həm də iqtisadiyyatın və sosial sahənin inkişafı ilə bağlıdır. Biz bunun üçün çalışırıq. Ona görə də bütün bu məsələlərdə razılaşmaq lazımdır. Biz həmişə ondan çıxış edirik ki, Ermənistan bizim strateji tərəfdaşımız və müttəfiqimizdir. Bu, bizim üçün xüsusi bir vəziyyətdir. Ümid edirəm ki, nizamlanma yolunda irəliyə doğru addımlar ata bilərik
istinad