Son günlər AzTv-də “Həftə” analitik-informasiya proqramında yayımlanan siyasi materiallar geniş müzakirə olunur.
Bizimaz.az xəbər verir ki, proqramın budəfəki mövzusu AzTV-nin rəhbəri Rövşən Məmmədovun təqdimatında İranın ölkəmizə təhdid mesajlarına tutarlı cavab olub.
Nəzərinizə çatdıraq ki, ötən günlərdə İran telekanalında Azərbaycanı birbaşa hədəf alan videoklip verilmişdi. Hansı ki, burada "Azərbaycan, əlinlə qəbrini qazma" kimi hədə dolu fikirlər səsləndirilir.
Bu fikirlərə Rövşən Məmmədovun cavabı belə oldu:
"Bəli, Azərbaycan qəbir qazır. Amma özünə yox, düşmənlərinə... Əgər sən də bu siyahıya düşmək istəyirsənsə, seçim özünündür. Amma baba, bir şeyi yaddan çıxarma ki, Azərbaycanın qazdığı qəbirlər çox dərin olur. Və biz qəbir qazmaqda peşəkarlığımızı sənin kimi cizgi filmlərinə bənzəyən görüntülərlə, yaxud elə İran televiziyalarının səviyyəsini göstərən videoçarxlarla yox, real nümunələrlə - döyüş meydanında sübut etmişik..."
Daha ətraflı süjetdə: