Rusiya prezidenti Vladimir Putinin Səudiyyə Ərəbistana səfərinə hazırlıq davam edir. Rəsmi Moskva həmçinin səudiyyəli jurnalist Camal Qaşıqçının ölümünə dair istintaqın başa çatmasını gözləyir.
Bizimaz.az: Bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib.
"İstintaqın sona çatmasını gözləyirik. Odur ki, səbirli olub gözləməliyik", - M.Boqdanov deyib.
Rusiya Prezidentinin Səudiyyə Ərəbistana səfərinə hazırlığın davam edib-etməyəcəyi ilə bağlı məsələni dəqiqləşdirən diplomat müsbət cavab verib: "Bəli, səfərlərimiz davam edir. Qurumlararası yüksək səviyyəli nümayəndə heyətimiz səfər edib. Bu iş böyük rezonans doğurub, ona görə də istintaqın nəticələrini gözləmək lazımdır".
Qeyd edək ki, daha əvvəl Rusiya Prezidenti jurnalist Camal Qaşıqçının itkin düşməsi ilə bağlı məsələdə ABŞ-ın müəyyən mənada məsuliyyət daşıdığını bildirib.