Gürcü milyarder Badri Patarkatsişvilinin öldürülməsinə Mixail Saakaşvili razılıq verib.
Bizimaz.az: Bu məlumatı Gürcüstan Baş Prokurorluğu yayıb.
Məlumata görə, xidməti səlahiyyətlərini aşması və qətlə hazırlıq ittihamı əsasında Daxili İşlər Nazirliyinin üç keçmiş əməkdaşı həbs edilib. Prokurorluğun ittiham etdiyi şəxslərdən birinin evində aparılan araşdırmalar nəticəsində bir neçə səs yazısı aşkarlanıb. Səs yazılarına əsasən, Saakaşvilinin milyarderi onun rəqibi olduğu üçün öldürülməsinə razılıq verdiyi bildirilib.
Qeyd edək ki, Patarkatsişvili 2008-ci ildə Londonda gözlənilmədən öz villasında ölü tapılıb.