Xəbər lenti


 AŞPA-nın 70 illik fəaliyyətinin astanasındayıq. Həyata keçirilməyən qətnamələr, qərarlar qəbul etməyimiz bəs deyilmiş kimi, hələ bir onilliklər ərzində işğalçılarla birlikdə əyləşərək qərarlarımızı yerinə yetirməyə və işğalçı siyasəti dayandırmağa məcbur edə bilmirik.

Bizimaz.az: Bu fikri AŞPA-nın payız sessiyası çərçivəsində qurumun səlahiyyətlər və səsverməyə dair qərarqəbuletmə prosesinin möhkəmləndirilməsi ilə bağlı müzakirələrdə çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva söyləyib.

 

Sevinc Fətəliyeva bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı AŞPA-nın 2005-ci ildə qəbul etdiyi qətnaməyə Ermənistan riayət etməyib və qurumun bununla bağlı heç bir sanksiyası olmayıb. Qərarlar hər hansı üzv dövlətin və ya xalqın deyil, yalnız müəyyən şəxslərin maraqlarına uyğun qəbul edilir. Üzv dövlətlərə bərabər yanaşma sərgilənməli, əməkdaşlıq şərtləri eyni olmalıdır. Təşkilatımızda buna böyük ehtiyac var. Bu baxımdan Assambleyada böhran yaşamağımız təəccüblü deyil.

“Son zamanlar qərarların qəbulunda dövlətlərin və xalqların maraqlarına əsaslanmaq əvəzinə müəyyən insanların, dairələrin maraqlarını güdürük. Bəyəm AŞPA elmi tədqiqat mərkəzidir ki, sadəcə problemləri qoyur, onlara baxır və həll yolu təklif edir, hər hansı prosesə təsir və qərar qəbul edə bilmir?

Yetmiş il əvvəl parlamentarilərin mübarizə apararaq, öz həyatlarını həsr edərək müəyyən etdikləri dəyərlər son zamanlar itirilir. Fundamental azadlıqlar və insan haqları araşdırma obyekti olaraq qala bilməz, bu məsələlər ciddi qərarlar və real addımlar tələb edir. Qərarların qəbul edilməsində daha ciddi olmaq, AŞPA-nın nüfuzunu qaldırmaq lazımdır. Səyləri birləşdirərək, üzvlər arasında dialoq yaratmaq və problemləri həll etmək lazımdır. AŞPA-da həmişə əməkdaşlıq, qarşılıqlı anlaşma və qarşılıqlı hörmət ən yaxşı həll olub”, - deyə Azərbaycan nümayəndə heyətinin üzvü bildirib.

22 Noyabr 2024 “Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
15 Noyabr 2024 “Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
14 Noyabr 2024 COP29 Azərbaycana nələr qazandıracaq? - AÇIQLAMA
19 Fevral 2024 Azərbaycan və Türkiyə prezidentləri görüşdülət
16 Fevral 2024 Yeni siyasi xətt elan edildi: Nə Rusiya, nə Qərb…
12 Noyabr 2023 Kamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının aparıcı üzvüdür”
31 Oktyabr 2023 “Azəriqaz” şəhid anasının istəyini yerinə yetirdi - Video
28 Oktyabr 2023 Kamaləddin Qafarov: “Şərqi Zəngəzur cənnətə çevriləcək”
15 Oktyabr 2023 Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur”
24 Sentyabr 2023 Kamaləddin Qafarov: “27 sentyabrla başlayan Qələbələrimiz davam edir”
23 Sentyabr 2023 120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib - RƏSMİ
23 Sentyabr 2023 Erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə təminat veririk - Ombudsman
23 Sentyabr 2023 Ceyhun Bayramov İƏT və ASEAN XİN başçılarının XV Birgə İclasına sədrlik etdi - Foto
29 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan bu torpaqların əsl sahibinin kim olduğunu sübuta yetirdi”
06 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan separatizmlə heç vaxt barışmayacaq”
29 İyul 2023 Kamaləddin Qafarov: “Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub”
31 May 2023 Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”
25 May 2023 İlham Əliyev Rusiyaya getdi
13 Aprel 2023 Kamaləddin Qafarov: “ Xalqlarımızı tarixi dostluq və qonşuluq münasibətləri birləşdirir”
02 Aprel 2023 Kamaləddin Qafarov: “Ulu Öndər ordumuzun formalaşmasına əvəzsiz töhfələr vermişdir”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov