Xəbər lenti

 

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin mərkəzi şəhəri olan Xankəndiyə azərbaycanlıların köçürülməsi məsələsi 2021-ci ilin ən aktual məsələlərindən biri olacaq. Azərbaycan, Rusiya və Ermənistanın rəhbərləri arasında bağlanmış birgə Bəyanatın 7-ci bəndi daxili məcburi köçkünlər və qaçqınların Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıtmasını nəzərdə tutur.

 

Atəşkəs barədə Bəyanat imzalanandan bəri hələ ki Xankəndi şəhərinə erməni əhalisinin köçürüldüyünün şahidi oluruq. Son vaxtlar 40 min erməninin bu şəhərə qayıtdığı deyilsə də, onların bir hissəsinin şəhəri tərk etməsinə dair də informasiyalar çoxluq təşkil edir. Belə ki, qayıdan ermənilərin bir çoxu müharibə vaxtı qoyub qaçdığı əşyalarını Ermənistana daşımaq üçün gəlir, yaşadıqları mənzili satmaq üçün elan verir.

Bizi isə başqa bir məsələ düşündürür. Müharibəyə qədər Xankəndidə qeydiyyatda olan azərbaycanlıların sayı 12 024 nəfər olub. Lakin Xankəndiyə bundan daha çox azərbaycanlı köçürülə bilər. 

 

Bu məsələ ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq İlyas Hüseynovla danışdıq. O, Rusiya sülhməramlılarının etnik ermənilər kimi, azərbaycanlıların da tezliklə Xankəndiyə yerləşdirilməsinə nəzarət etməsinə ümid etdiyini bildirib:

“İlkin ehtimallara görə, azərbaycanlıların Xankəndidə müharibəyə qədərki statistikası 12 024 nəfər təşkil edib. Lakin köçürülmə prosesində bu rəqəm mütləq artacaq. Çünki 30 ilə yaxın müddətdə azərbaycanlılar demoqrafik cəhətdən artıb, ən azından oradan köçən azərbaycanlıların uşaqları və nəvələri nəzərə alınsa, bu rəqəm 30 mini üstələyər. Ermənilərdə isə bu proses reqressiyaya uğrayıb. Çünki həm Dağlıq Qarabağda, həm də Ermənistanda əhalinin sayında azalma müşahidə olunur. Yerli əhali daha çox digər xarici ölkələrə üz tuturlar.

Azərbaycanlıların Xankəndiyə köçməsindən sonra geosiyasi, siyasi və demoqrafik vəziyyətin dəyişəcəyi gözlənilir. Əsas məsələ odur ki, bu əhali ora təhlükəsiz şəraitdə köçürülsün, köçürülərkən münbit şərait olsun. Orada yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməli, orada Azərbaycan manatı istifadə olunmalıdır.

Xankəndidə Rusiya sülhməramlıları ilə yanaşı, türk patrullarının da fəaliyyət göstərməsi yaxşı olardı. Bu şəhər Azərbaycanın tərkib hissəsidir və orda azərbaycanlılar yaşamalıdır. Bu şəhərin Azərbaycana qaytarılması da bu proses ətrafında olan söz-söhbətlərə son qoyacaq”.

İlyas Hüseynov onu da bildirib ki, Xankəndidə olan məcburi köçkünlərin sayının çoxalması sayəsində şəhərin demoqrafik vəziyyəti dəyişəcək və şəhərin genişləndirilməsi prosesi baş tuta bilər:

“Müharibədən əvvəl ermənilərin Xankəndidəki sayının 50 min olduğu deyilirdi. Lakin hazırda onların sayının heç 40 minə çatacağı gözlənilmir. İstənilən halda, ilkin mərhələdə 30 min azərbaycanlının ora köçürülməsindən sonra şəhərdə abadlıq-quruculuq işlərinin görülməsi, mövcud infrastrukturun yaxşılaşdırılması gözlənilir. Şəhərin genişləndirilməsi, yeni yaşayış və inzibati binaların tikilməsi ilə bağlı ehtimallar da var.

Həmçinin, Xankəndi Azərbaycanın yurisdiksiyasına daxil olduğundan, Xankəndi sakini olmayan istənilən Azərbaycan vətəndaşı da ora köçə bilər. Necə digər şəhərlərimizdə azərbaycanlılar köçüb yaşaya bilirsə, Xankəndiyə də köçüb məskunlaşmaq olar. Bu da köçürülmə prosesi zamanı azərbaycanlıların daha çox ola biləcəyi ehtimalını artırır”.

istinad

22 Noyabr 2024 “Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
15 Noyabr 2024 “Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
14 Noyabr 2024 COP29 Azərbaycana nələr qazandıracaq? - AÇIQLAMA
19 Fevral 2024 Azərbaycan və Türkiyə prezidentləri görüşdülət
16 Fevral 2024 Yeni siyasi xətt elan edildi: Nə Rusiya, nə Qərb…
12 Noyabr 2023 Kamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının aparıcı üzvüdür”
31 Oktyabr 2023 “Azəriqaz” şəhid anasının istəyini yerinə yetirdi - Video
28 Oktyabr 2023 Kamaləddin Qafarov: “Şərqi Zəngəzur cənnətə çevriləcək”
15 Oktyabr 2023 Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur”
24 Sentyabr 2023 Kamaləddin Qafarov: “27 sentyabrla başlayan Qələbələrimiz davam edir”
23 Sentyabr 2023 120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib - RƏSMİ
23 Sentyabr 2023 Erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə təminat veririk - Ombudsman
23 Sentyabr 2023 Ceyhun Bayramov İƏT və ASEAN XİN başçılarının XV Birgə İclasına sədrlik etdi - Foto
29 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan bu torpaqların əsl sahibinin kim olduğunu sübuta yetirdi”
06 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan separatizmlə heç vaxt barışmayacaq”
29 İyul 2023 Kamaləddin Qafarov: “Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub”
31 May 2023 Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”
25 May 2023 İlham Əliyev Rusiyaya getdi
13 Aprel 2023 Kamaləddin Qafarov: “ Xalqlarımızı tarixi dostluq və qonşuluq münasibətləri birləşdirir”
02 Aprel 2023 Kamaləddin Qafarov: “Ulu Öndər ordumuzun formalaşmasına əvəzsiz töhfələr vermişdir”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov