Erməni girovluğundan azad olunan və bir müddətdir karantində saxlanılan Dilqəm Əsgərov bu gün ailəsinə qovuşacaq.
Bizmaz.az bildirir ki, BAKU.WS-in bölgə müxbirinin əldə etdiyi məlumata əsasən, artıq Dilqəm Əsgərov evə buraxılıb.
Dilqəm Əsgərovla yanaşı, Şahbaz Quliyev, Bayram Kərimov, Amil Musayev və əsirlikdən azad olunan daha bir neçə nəfər evə buraxılacaq.
Artıq Dilqəm Əsgərov oğlu Kürdoğlu Əsgərovla görüşüb.
Həmin görüşdə çəkilən fotonu təqdim edirik.