Koronavirusa qarşı peyvənd Azərbaycanda yanvar ayının əvvəlində başlayacaq. “Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə TƏBİB sədri Ramin Bayramlı məlumat verib.
Qeyd olunub ki, Azərbaycan və Türkiyə vətəndaşlarına eyni vaxtda peyvəndlənmə tətbiq olunacaq.
TƏBİB rəhbəri koronavirusla mübarizə protokolları və tətbiqləri ilə əlaqədar araşdırmalara başladıqlarını ifadə edib: “Mart ayında Türkiyədə olduq. Oradan qayıdan zaman protokol və tətbiqləri aldıq və işimizi davam etdiririk. Türk alimləri tərəfindən tapılan peyvəndlər də var. İndi 2-ci mərhələyə keçmək üzrədirlər. Bu mövzuda Türkiyə Elm Şurası ilə çox yaxın əlaqələrimiz var. Onların qərarlarını izləyirik. Vaksinin Türkiyə tərəfindən seçildiyinə əminik. Eyni peyvənddən almağa qərar verdik. Bu mövzuda da razılaşmalar edildi. Hər sahədə olduğu kimi pandemiya ilə qardaşı Türkiyə ilə bir yola çıxacağıq. Türkiyə və Azərbaycan vətəndaşları eyni zamanda peyvəndlənməyə başlayacaq. Ölkəmizdə peyvəndin yanvar ayının əvvəlindən başlayacaq”.
Ramin Bayramlı Azərbaycanda koronavirus peyvəndinin pulsuz tətbiq ediləcəyini açıqlayıb.
Qeyd edək ki, Çin istehsalı olan “Sinovac” peyvəndi dekabrın 30-da İstanbula, 31-də isə Ankaraya çatdırılacaq.