Bizimaz.az: Belarus prezidenti Aleksandr Lukaşenko bu cür bəyanatla çıxış edib.
“Məqsədimiz suveren dövlətlərin daxili işlərinə qarışmanın olmadığı, təzyiqsiz və məcburiyyətsiz, ikili standartlarsız dialoqun aparılmasıdır. Belarus öz suverenliyini qiymətləndirən və ardıcıl şəkildə çoxvektorlu sülhsevər xarici siyasət həyata keçirən
Avropaölkəsidir. Bizim yanaşmamız hamıya yaxşı məlumdur. Qarşıdurmaların inamlı əleyhdarı və regionun təhlükəsizlik donoru kimi Belarus bütün münaqişələrin yalnız sülh yolu ilə həllinin tərəfdarıdır. Və bizimlə eyni düşüncədə olan tərəfdaşlarımızın əhatə dairəsinin genişləndirilməsi üzərində qətiyyətlə çalışırıq”, – deyə Lukaşenko bildirib.