BizimAz.az bu sözləri
AzərTAc-a müsahibəsində Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda iştirak edən
Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım deyib.
Türkiyə Böyük Millət Məclisinin sədri bildirib ki, ölkələrimiz arasında münasibətlər daha da genişlənir. Biz
Qafqaz regionunun sabitliyi üçün enerji təhlükəsizliyi, nəqliyyat layihələrini birgə həyata keçiririk. Məsələn,
TANAP sadəcə Türkiyə və Azərbaycan arasında olan layihə deyil, eyni zamanda, Cənubi-Şərqi
Avropanın enerji ehtiyaclarını qarşılayan bir layihədir.
Binəli Yıldırım qeyd edib ki, hər iki ölkə yaxın iş birliyi qurarkən parlamentlər də onlara dəstək olmaq üçün birlikdə çalışır. Ölkələrimiz arasında parlament diplomatiyasını inkişaf etdiririk, bizim dostluq qruplarımız var. Hazırda Türkiyə-Azərbaycan əməkdaşlıq birliyini təşkil etmək istəyirik. Bu istiqamətdə işlərə başlamışıq.