Rusiya prezidenti Vladimir Putin Qarabağ münaqişəsinə toxunub.
Bizimaz.az Modern.az-a istinadən xəbər verir ki, o bu barədə BRICS ölkələrinin dövlət başçılarının videokonfransında çıxışı zamanı söyləyib.
“Qarabağla bağlı razılaşmalara riayət olunur”- deyə o, açıqlama verib.
Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri Qarabağda hərbi əməliyyatların dayandırılması və işğalçı qüvvələrin Ağdam, Kəlbəcər və Laçın rayonlarını tərk etməsi barədə razılaşma əldə etmişdi.