Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.
Bizimaz.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Məlumatda qeyd edilir ki, müzakirə olunacaq məsələlər arasında Türkiyədən Azərbaycana hərbi qüvvələrin göndərilməsini nəzərdə tutan qərarı da olacaq.
Qeyd edək ki, ötən gün Türkiyə Prezidentinin Türkiyədən Azərbaycana hərbi qüvvələrin göndərilməsini nəzərdə tutan qərarı təsdiq üçün parlamentə göndərilib.
Qərar müzakirə üçün Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim edilib.
Təklifə əsasən, Türkiyə hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə birgə monitorinq mərkəzində fəaliyyət göstərəcəklər.