Xocalı Rayon Yol Polisi Bölməsinin rəisi işdən çıxarılıb

 

Bizimaz.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Xocalı Dövlət Yol Polisi Bölməsinin rəisi, polis mayoru Rövşən Əkbərov təqaüdə göndərilib.

Onun yerinə DYPB-nin inspektoru, polis kapitanı Nemət Məmmədov təyin edilib.