“Noyabrın 8-də Şuşanın azad edilməsi tarixi günə çevrilib. Artıq Şuşada üçrəngli bayrağımız dalğalanır”
Bizimaz.az Modern.az-a istinadən xəbər verir ki, bunu parlamentin iclasında çıxış edən spiker Sahibə Qafarova deyib.
Sədrin sözlərinə görə, bu bayraq digər torpaqlarımızda da dalğalanacaq.
“Tezliklə üçrəngli bayrağımız Kəlbəcərdə, Ağdamda, Laçında dalğalanacaq. Əsgər və zabitlərin qəhrəmanlığı dillərdə dastan olacaq. Əsgər və zabitlərimizin fədakarlığını heç zaman unutmayacağıq”.
Sədr hər kəsi qələbə ilə bağlı təbrik edib:
“Bildiyiniz kimi, keçən il cənab İlham Əliyev Valdey şəhərindəki səsləndirdiyi “Qarabağ Azərbaycandır!” ifadəsi Azərbaycanın qələbəsinə çevrildi. Artıq “Qarabağ-Azərbaycandır”. Eşq olsun Ali Baş Komandan İlham Əliyevə! Eşq olsun qəhrəman Azərbaycan ordusuna! Eşq olsun Azərbaycan xalqına!”.