Ermənistan Şuşa şəhərindəki Gövhər Ağa məscidinin guya Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulmasını iddia edir.
Bizimaz.az bildirir ki, Modern.az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Prezidedntin köməkçisi Hikmət Hacıyev deyib.
O bildirib ki, Ermənistan bununla növbəti yalan məlumat yaymağa çalışır:
“Azərbaycanla Ermənistan arasında dini münaqişə yoxdur. Azərbaycan Silahlı Qüvvələri mülki obyektləri atəşə tutmur. Gövhər Ağa məscidi Azərbaycanın tarixi abidəsidir və bizim üçün əhəmiyyətlidir. Yayılan məlumat Ermənistanın növbəti təxribatıdır”.